Diddy: Hollivudun Titrəyən Ulduzu və Şok Edici İddialar
![]() |
Hollivud və musiqi dünyasında ulduz olan Sean "Diddy" Combs son zamanlar bir sıra qalmaqallı ittihamlarla gündəmdədir. Ən diqqət çəkən iddialar keçmiş sevgilisi, R&B müğənnisi Cassie Ventura tərəfindən irəli sürülüb. Cassie, Diddy-nin ona illər boyunca fiziki və seksual zorakılıq göstərdiyini, habelə onunla digər kişilərlə məcburi cinsi əlaqəyə girməyə məcbur etdiyini bildirib. Bu "freak-off" adlanan orgiyalarda Diddy özü izləyir və bu münasibətləri lentə alırdı. Cassie həmçinin Diddy-nin dəfələrlə onu döydüyünü, hətta bir dəfə üzü qan içində qalana qədər zərbə endirdiyini iddia edib.
![]() |
Cassie Ventura və Diddy |
Bu ittihamların ardınca, 120-dən çox şəxs - kişilər və qadınlar, bəziləri azyaşlı - Diddy-nin cinsi tecavüz, zorakılıq və insan alveri ilə əlaqəli hərəkətlərinə qarşı açıq şəkildə danışmağa başladılar.
![]() |
Diddy və keçmiş sevgilisi Ventura |
Müğənni Kid Cudi də bir dəfə Diddy-nin onun avtomobilini partlatmaq istəyindən bəhs edib, bir müddət sonra həqiqətən avtomobilinin partladığını təsdiqləyib.
![]() |
Kid Cudi |
Diddy-nin bu qalmaqallı iddialar fonunda Hollivuddakı nüfuzu ciddi zərbə altına düşüb. Onun ətrafında yaranan bu məhkəmə prosesi və ittihamlar musiqi və kino sahəsindəki qüdrətli şəxslərin belə, toxunulmaz olmadığını bir daha göstərir.
Bu olaylar, gücün və şöhrətin istismarı mövzusunda yeni müzakirələrə yol açıb və gələcəkdə daha çox məlumatın ortaya çıxması gözlənilir.
Sizlər bu mövzu haqqında nə düşünürsünüz?
Yorumlar
Yorum Gönder